İrəvanda etiraz aksiyası başladı, Polis səfərbər edildi

İrəvanda etiraz aksiyası başladı, Polis səfərbər edildi
  07 Dekabr 2015    Oxunub:4230
Ermənistanda referendum başa çatdıqdan sonra paytaxt İrəvanda etiraz aksiyaları başlayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazların qarşısını almaq üçün Ermənistan polisi İrəvanın Azadlıq meydanının qarşısında cəmləşir.

Onlarla qırmızı beretli şəxslər dubinkalarla silahlanıblar. Daha çox polis isə Mərkəzi Seçki Komissiyasının binasının qarşısında toplaşıb. Binanın qarşısında içi hüqüq mühafizə orqanları əməkdaşları ilə dolu bir neçə avtobus var.

Qeyd edək ki, `Yeni Ermənistan` ictimai qurtuluş cəbhəsi tərəfdarlarını dekabrın 6-da saat 20:00 üçün mitinqə çağırıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti