Ermənistanda referendumun nəticəsi: 50,51% səs verib

Ermənistanda referendumun nəticəsi: 50,51% səs verib
  07 Dekabr 2015    Oxunub:2052
Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, ilkin nəticələrə görə, seçicilərin 50,51%-i, yəni 1 milyon 296 min nəfər referendumda iştirak edib.

Ermənistanda keçirilən referendum ölkənin siyasi sistemində bir sıra islahatları nəzərdə tutur. Onlardan ən vacibi ölkəni prezident respublikasından parlament respublikasına çevirməkdir.

Referendumdan sonra Yerevanın mərkəzi `Azadlıq` meydanında müxalifətin mitinqi başlayıb. Mitinqin təşkilatçıları növbədənkənar prezident və palament seçkilərinin keçirilməsini tələb edilər.

AzVision.az


Teqlər:





Xəbər lenti