Qazaxıstan itkin neftçilərimizn axtarışına başladı
“Hazırda ərazidə mürəkkəb meteoroloji vəziyyət qalmaqdadır. Buna baxmayaraq, Sahil mühafizə xidmətinin rəisi tərəfindən ərazidə olan gəmi və qayıqlara ərazidə gücləndirilmiş müşahidə və xidmət aparmaq barədə tapşırıq verilib. Hər hansı bir obyekt və ya zərərçəkənlər tapıldıqda məruzə etmək, lazımı kömək göstərmək barədə göstəriş verilib”. – deyə xidmətin yaydığı məlumatda bildirilir.
Dekabrın 4-də `Günəşli` yatağındakı 10 saylı dərin dəniz özülündə dəhşətli yanğın baş verib. Son məlumatlara görə, hazırda yanğın davam edir. R
Yataqda baş verən hadisə zamanı 32 neftçi xilas olunub, bir nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.
Eldar Tanrıverdiyev
AzVision.az