İngiltərəni su basdı - VİDEO

İngiltərəni su basdı - VİDEO
  07 Dekabr 2015    Oxunub:2240
İngiltərənin şimalında və Şotlandiyada "Desmond" qasırğasının davam etməsi nəticəsində daşqın sularının ən yüksək həddə çatacağı gözlənilir.
Kumbria və Şotlandiya sərhədlərində mindən çox insan evlərindən təxliyə edilib.

Karlaylda da su səviyyəsinin rekord həddə çatacağı gözlənilir.

Hazırda İngiltərə və Şotlandiya arasında qatarların hərəkəti dayandırılıb, bir çox yollar bağlanıb.

Ətraf Mühit Agentliyi bildirir ki, 200-ə qədər ev daşqın altında qalıb, xilasetmə işlərinə hərbi heyət cəlb edilib.

Hazırda yağış İngiltərənin cənub-şərqinə doğru irəliləyir. Şimal-qərbi İngiltərədə də yağışlar gözlənilir.

BBC bildirir ki, təxliyə olunmuş insanlara bu axşamadək evlərinə qayıtmamaq tapşırılıb.




Teqlər:





Xəbər lenti