Rusiya FTX Azərbaycana qaçan terrorçunu axtarır

Rusiya FTX Azərbaycana qaçan terrorçunu axtarır
  07 Dekabr 2015    Oxunub:2650
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan üzrə İdarəsi terror qruplaşmalarına qoşulmaq üçün Suriyaya gedən şəxslərin adlarını açıqlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onlar sırasında Azərbaycan vətəndaşı da var.

Məlumata əsasən həmin şəxs 1990-cı il təvəllüdlü Quliyev Malik Seyfulla oğludur.

Qeyd olunur ki, Quliyev malik Dərbənd Sərhəd Keçid Məntəqəsindən (SKM) keçərək Bakı istiqamətində hərəkət edib.

Ona qarşı cinayət işi qaldırılıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti