Xalq Sarkisyana `yox` dedi – Erməni deputat

Xalq Sarkisyana `yox` dedi – Erməni deputat
  07 Dekabr 2015    Oxunub:3008
Ötən gün erməni xalqının prezident Serj Sarkisyana `yox` deməsinin şahidi olduq, buna görə xalqımıza təşəkkür edirəm.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, "İrs" Fraksiyasının deputatı Zarui Postancyan parlamentdə çıxışı zamanı bildirib.

Məlumata əsasən, parlament sədrinin müavini Eduard Şarmazanov Postancyanın çxışını kəsərək, onu gündəlikdəki məsələyə uyğun danışmağa çağırıb.

Daha əvvəl Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, ilkin nəticələrə görə, seçicilərin 50,51%-i, yəni 1 milyon 296 min nəfər referendumda iştirak edib. Referendumda səs verənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə səs verib.

Referendumdan sonra İrəvanın mərkəzi `Azadlıq` meydanında müxalifətin mitinqi başlayıb. Mitinqin təşkilatçıları növbədənkənar prezident və palament seçkilərinin keçirilməsini tələb edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti