Erməni nazir deputatı hədələdi: `Övladlarınız var...`

Erməni nazir deputatı hədələdi: `Övladlarınız var...`
  07 Dekabr 2015    Oxunub:2786
Ermənistanın təhsil və elm naziri Armen Aşotyan ötən gün keçirilən referenduma etiraz edən “İrs” partiyasından olan deputat Zauri Postancyanı hədələyib.

AzVision.az `News.am`-a istinadən xəbər verir ki, nazir Postancyanın hərəkətini “Femen” aktivistlərinin fəaliyyəti ilə müqayisə edib.

Parlametdə “Bayramlar və əlamətdar hadisələr haqqında” qanun layihəsi üzrə dinləmələrə qatılan nazir Armen Aşotyan ötən gün etiraz aksiyası zamanı prezident Serj Sarkisyan, Konstitutsiya Məhkəməsinin sədri Qaqik Aratyunyan və Mərkəzi Seçki komissiyasının sədri Tiqran Mukuçyanın şəkillərini yandıran erməni deputat Zauri Postancyanı hərəkətini pisləyib.

“Öz ekssentrik hərəkətlərinizlə siz “Femen” və ya “Pussy Riot” kimi qalmaqallı hərəkatlara yaxınlaşdınız. Belə etməyin. Siz ciddi və ağıllı qadınsınız. Övladlarınız var. Əgər hakim Respublika partiyasının fəalları qadın manekeni alıb, onun üzərinə sizin geyimlərinizə bənzər paltarlar geyindirib, ona nəsə etsələr, daha sonra onu çəkib internetə yerləşdirsələr yaxşı olar? Ola bilsin ki, sizin səviyyəniz belədir, amma bizim yox. Bizi çarəsizlikdən tədbirlər görməyə məcbur etməyin”, - deyə nazir bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti