AŞPA Sarkisyanın seçki yalananı üzə çıxardı

AŞPA Sarkisyanın seçki yalananı üzə çıxardı
  07 Dekabr 2015    Oxunub:2367
AzVision.az bu barədə AŞPA müşahidə missiyasının dekabrın 6-da Ermənistanda keçirilən konstitusiya islahatları referendumu ilə bağlı yaydığı məlumatda deyilir.

`Parlamentin islahatlar mətnini müzakirə etmək üçün cəmi bir neçə həftə vaxtı olub. İctimai debatların isə iki aylıq məhdudlaşdırılması razılığın əldə olunmasının qarşısını alıb. Konstitusiya dəyişikliyinin əsasında duran əsas məsələ - prezident idarə üsulundan parlament idarə üsuluna keçid vətəndaşların əksəriyyəti tərəfindən hazırkı prezidentin ikinci səlahiyyət müddəti başa çatandan sonra hakimiyyətdə qalmaq üçün vasitə kimi dəyərləndirilib`, - deyə məlumatda qeyd olunur.

Səsvermə prosesinə gəldikdə, AŞPA aşağıdakı problemlərin olduğunu bildirib:

• seçici siyahılarında daimi əsasda xaricdə yaşayan, hətta həlak olmuş şəxslərin adlarının qeyd edilməsi;

• Səslərin kütləvi şəkildə pulla alınması və “karusel”, seçicilərin iradəsinə təsir etmək;

• Kütləvi İnformasiya Vasitələri referendumu lazımı qədər işıqlandırmaması və siyasi partiyalar cəmiyyəti məlumatlandırmaq sahəsində öz öhdəliklərinin yerinə yetirməməsi;

• icra strukturlarının səlahiyyətlərindən sui-istifadə etməsi;

• fiziki imkanları məhdud olan şəxslər üçün əlverişli şəraitin yaradılmaması kimi problemlərin qeydə alındığı;

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti