Davudoğlu Azərbaycana başsağlığı verdi

Davudoğlu Azərbaycana başsağlığı verdi
  07 Dekabr 2015    Oxunub:1649
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu "Günəşli" yatağının 10-cu dərin dəniz özülü yaxınlığında baş vermiş faicə ilə bağlı Azərbaycanın Baş naziri Artur Rəsi-zadəyə başsağlığı məktubu göndərib.

AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Dekabrın 4-də meydana gələn şiddətli fırtınanın Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğının baş verməsinə yol açdığını və həmin gün rəsmi səfərdə olduğum qardaş Azərbaycanda baş verən yanğının insan tələfatı ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndim.

Hökumətim adından və şəxsən öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, Zati-alinizə, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə və dost Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edirəm”.


Teqlər:  





Xəbər lenti