`Qardaş dediyin belə olar` - Türkiyə mətbuatı

`Qardaş dediyin belə olar` - Türkiyə mətbuatı
  07 Dekabr 2015    Oxunub:6844
Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Türkiyə-Rusiya böhranından sonra Azərbaycanın türk qardaşları üçün tranzit məsələsində 40 faiz endirim etdiyini diqqətə çatdırıb.

AzVision.az xəbər verir ki, nazirin Azərbaycanla bağlı fikirləri `Qardaş dediyin belə olar` başlıqla məqalədə əks olunub.

Nazir həmin yazıda qeyd edib ki, Azərbaycan öz qardaşlığını, dostluğunu Rusiya ilə yaranan gərginlikdən sonra bir daha göstərib.

“Azərbaycan Rusiyanın yaratdığı əngəllərdən sonra sərhəddə gözləyən 300 TIR-ın təhlükəsizlik keçidini təmin edib. Buna görə Azərbayacan prezidenti İlham Əliyevə dərin təşəkkür edirəm”.

Nazir onu da deyib ki, Azərbaycan təqliyyat rüsumlarını 40 faiz endirib və yeni qaydalar ən yaxın zamanda tətbiq olunacaq: “Viza ilə bağlı probelmlər mövcuddur. Lakin onlar da yaxın müdətdə öz həllini tapacaq. Tranzit məsələsində 40 faiz endirimin bu həftə ərzində tətbiq ediləcəyinə ümidvarıq. Azərbaycan ilə aramızdakı səmərəli ticarət anlaşması baş nazirimiz və prezidentimizin təlimatı ilə sürətləndiriləcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti