İranda donuz qripindən 33 nəfər ölüb

İranda donuz qripindən 33 nəfər ölüb
  08 Dekabr 2015    Oxunub:1490
İranda 33 nəfər donuz qripindən həyatını itirib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, virusdan ölənlər arasında 4 hamilə qadın da var

İranın rəsmi xəbər agentliyi İRİNA-nın verdiyi məlumata görə, İranın səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari qrip səbəbiylə 28 nəfərin Kirman, 5 nəfərin isə Sistan-Bəluçistan əyalətində dünyasını dəyişdiyini bildirib.

Ölənlərdən 4 nəfərin hamilə olduğunu qeyd edən Səyyari qrip növünün H1N1(donuz qripi) olaraq qeydə alındığını deyib.

O, Tehran, Kirmanşah, Şərq və Qərbi Azərbaycan əyalətlərində də eyni xəstəliyə tutulanların olduğunu söyləyib.

Səhiyyə Nazirliyi yaxın günlərdə virusun ölkədə daha da yayılacağını deyib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti