Rusiya Ermənistana hərbi helikopterlər göndərdi

Rusiya Ermənistana hərbi helikopterlər göndərdi
  08 Dekabr 2015    Oxunub:3352
Rusiya Silahlı Qüvvələri Ermənistandakı Erebuni hərbi bazasına hərbi və nəqliyyat helikopterləri göndərib.
AzVision.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi Cənub Hərbi Dairəsinə istinadən xəbər verir.

“Bu ilin sonlarına qədər helikopterlərdən ibarət daha bir partiya yola salınacaq. Helikopterlər, Rusiyaya məxsus “Mi – 29” qırıcılarının yaxınlığında, uyğunlaşdırılmış dayanacaqlarda yerləşdiriləcək. Aviasiya avadanlıqlarının quraşdırılması prosesi ay ərzində yekunlaşacaq və məhz bundan sonra pilotlar uçuşlara başlayacaq”, - deyə hərbçilərin yaydığı məlumatda bildirilir.

Bu mərhələ zamanı Ermənistana 7 Mi-24 P zərbə helikopterləri və “Mi-8MT” nəqliyyat helikopterləri göndəriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti