AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze bildirib. Onun sözlərinə görə, qripə yoluxanların sayı arta bilər: “Növbəti ilin fevral ayında qripa yoluxanların sayında artım müşahidə olunacağı gözlənilir. Regionlarda isə hələlik bu virusa yoluxma halı qeydə alınmayıb".
P. İmnadze əhalini təmizliyə riayət etməyə çağırıb: “Sadə gigyenik prosedurlara riayət olunsa heç bir problem yaşanmaz. Xəstələnən şəxslər evdən çıxmamalı və sonadək müalicə almalıdır”.