Avropa İttifaqından Azərbaycana başsağlığı

Avropa İttifaqından Azərbaycana başsağlığı
  08 Dekabr 2015    Oxunub:1499
Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini dekabrın 4-ü `Günəşli` yatağında baş verən qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Bu barədə AzVision.az Aİ-nin rəsmi saytına istinadən xəbər verir.

Məktubda Mogerini, ciddi xəsarətlər və həyat itkisi ilə nəticələnən hadisədən dəhşətə gəldiyini ifadə edib.

Vitse-prezidenti Aİ adından faciə qurbanlarının ailələrinə və dostlarına başsağlığı verib, itkin düşmüş şəxslərin taleyi ilə bağlı narahatlığını ifadə edib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti