Yanukoviç yenidən siyasətə qayıdır

Yanukoviç yenidən siyasətə qayıdır
  08 Dekabr 2015    Oxunub:1917
Ukraynanın sabiq prezidenti Viktor Yankuoviç siyasətə qayıtmaq niyyətində olduğunu bildirib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Siyasətə qayıtmaq istəyirəm. Mən bu gün gücüm çatan hər şeyi həll edirəm. Birincisi, mən Ukraynada təqib olunan, ölkə xaricinə çıxan şəxslərə yardım edirəm. Yalnız Rusiyada deyil. Təbii ki, Rusiyada onlarla əlaqə saxlayıram. İmkan düşdükcə onlara yardım edirəm”, - deyə Yanukoviç vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti