İŞİD nefti Türkiyə vasitəsilə satır – Dövlət Departamenti

İŞİD nefti Türkiyə vasitəsilə satır – Dövlət Departamenti
  08 Dekabr 2015    Oxunub:2545
Biz bilirik ki, İŞİD-in neft qaçaqmalçılığı üzrə bəzi yolları Türkiyə sərhədindən keçir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Kirbinin sözlərinə görə, bu faktdır və türklərin özü də bu barədə danışıb: “Məlumdur ki, neft qaçaqmalçılığı İŞİD-in gəlir mənbəyidir. İŞİD-in digər gəlir mənbələri də var. Mən şantaj, infrastruktur, oğurluq barədə danışıram”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib.

Türkiyə hökumətinin İŞİD neftindən gəlir götürməsi məsələsinə gəldikdə isə o vurğulayıb: “Xeyr. Biz bunun əlamətlərini görmürük. Mənə elə gəlir ki, biz bu iddiaları effektiv şəkildə təkzib etmişik və mən daha heç nə əlavə edə bilmərəm”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti