İran Rusiyanı qabaqladı - Türkiyənin qazı azaldıldı

İran Rusiyanı qabaqladı - Türkiyənin qazı azaldıldı
  09 Dekabr 2015    Oxunub:2110
İran Türkiyəyə verilən təbii qazın həcmini kəskin azaldıb.
AzVision.az “Haberturk” - ə istinadən xəbər verir ki, rəsmi Ankara Rusiyadan bu addımın atılacağını gözlədiyi məqamda İran Rusiyanı qabaqlayıb. İrandan Türkiyəyə gündəlik nəql olunan 28-30 milyon kubmetr təbii qaz 14-15 milyon kubmetrə endirilib. Məhz bu səbəbədən BOTAŞ xüsusi proqram hazırlayıb. Eyni zamanda qazla işləyən qurumlara məktub göndərərək yaxın 15-20 gündə benzinlə işləmələri barədə göstəriş verib.

Rəsmi Tehran öz növbəsində qaz həcminin azaldmasına səbəb kimi havaların kəskin soyuması ilə əlaqədar daxili tələbatın artmasını göstərib. Lakin bu iddia inandırıcı görünmür. Çünki, yerli sinoptiklərin verdiyi xəbərə görə, hazırda Tehranda havalar normal keçir. Havanın temperaturu 6-10 dərəcə arasındadır.



Qəzet iddia edir ki, İran müxtəlif bəhanələr gətirərək davamlı olaraq Türkiyəyə verdiyi qazın həcmini azaltmışdı. Bunun arxasında isə həmişə qiymət siyasəti durub. Lakin Türkiyənin siyasi iradəsindən sonra geri addım atılıb. Daha doğrusu Türkiyə bununla bağlı məhkəməyə müraciət etmişdi.



Bundan başqa nəşr hesab edir ki, İranın bu addımı Türkiyə və Rusiya arasında yaranan təyyarə qalmalı ilə bağlıdır. İran bu məsələdə Rusiyanı dəstəkləyir. Qeyd edək ki, Türkiyə İrandan ildə 6 milyard kubmetr civarında mavi yanacaq alır. Bu da Türkiyənin idxal etdiyi təbii qazın 18 faizidir.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti