İsrail kəşfiyyatına `Maneken` rəhbərlik edəcək

İsrail kəşfiyyatına `Maneken` rəhbərlik edəcək
  09 Dekabr 2015    Oxunub:2294
İsrailin xarici kəşfiyyat idarəsi olan “Mossad”a yeni rəhbər təyin edilib.
AzVision.az `BBC`-yə istinadən xəbər verir ki, sabiq kəşfiyyatçı, Təhlükəsizlik Məsələləri üzrə Milli Şuranın rəhbəri 54 yaşlı Yosi Koen bu vəzifəyə gətirilib.
Koen Qüdsdə anadan olub və böyüyüb. Atası Arye gizli Fələstində fəaliyyət göstərən gizli “İrqin” təşkilatının fəalı olub. Anası Mina müəllimə olub. Hazırda o, paytaxt Tel-Əvivin prestijli məktəblərdən birinin direktorudur.

Hərbi xidmətdən sonra Yosi Koen Londona oxumağa gedib, lakin təhsilini yarımçıq qoyub. Onun sözlərinə görə, 1983-cü ildə “Mossad” onu tapıb və o, bu təşkilata `yox` deyə bilməyib. Və beləcə onun həyatı başlayır.

`Mossad`-ın tərkibində Koen agentlərin cəlb olunması və məlumat toplanılmasının sirlərinə yiyələnib. O, qrupda yeganə dindar kursant olub. Lakin bu fakt bu faktı onun kəşfiyyatçı olmasına mane olmayıb. Öz xarici görkəmi və bahalı kostyumlarına olan sevgisini görən həmkarları onu zarafatca ivritcə `Duqman` (tərcümədə maneken, yaraşıqlı) adlandırıb. Daha sonra bu ləqəb Koenin kod adı olur, onun karyera yüksəlişi isə model biznesinə bənzəyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti