Prezidentə yeni titul veriləcək - “Millətin Lideri”

Prezidentə yeni titul veriləcək - “Millətin Lideri”
  10 Dekabr 2015    Oxunub:2632
Tacikistan parlamentinin aşağı palatası “Sülhün və milli bərabərliyin banisi-Millətin Lideri” adlı qanun layihəsini qəbul edib.
Aşağı palatanın sədri Şukurjon Zuxurov bildirib ki, dövlət başçısı Emamali Rahmonun ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş müharibəsinin dayandırılması sahəsində böyük rolu var.

O qeyd edib ki, ayrı-ayrı ölkələrdə böyük xidməti olan dövlət başçılarına Millətin Lideri, Millətin atası adının verilməsi praktikası var. Belə ki, ABŞ-da Corc Vaşinqtona, Türkiyədə Mustafa Kamal Atatürkə, Hindistanda Mahatma Qandiyə, Qazaxıstanda Nursultan Nazarbayevə belə adlar verilib.

Vurğulanıb ki, 16 maddədən ibarət qanunda Millətin Liderinə toxunulmazlıq hüququ və yüksək təqaüd verilir. Həmçinin həmin şəxs nəqliyyat və yaşayış sahəsi ilə təmin olunur, bütün xərclər dövlət büdcəsindən ödənilir.

Qanunda Millətin Liderinin muzeyi, kitabxanası və arxivinin yaradılması da nəzərdə tutulur. (Azərtac)


Teqlər:





Xəbər lenti