İrəvanda qarşıdurma - etirazlar yenidən başladı

İrəvanda qarşıdurma - etirazlar yenidən başladı
  10 Dekabr 2015    Oxunub:2723
İrəvanda müxalifətin "Azadlıq" meydanında keçirdiyi etiraz aksiyası polis tərəfindən dağıdılıb.

AzVision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, meydanda müxalifət təmsilçiləri ilə polislər arasında qarşıdurma yaranıb.

Aksiyasının iştirakçıları arasında tutulanların olduğu bildirilir.

Polis müxalifət təmsilçilərinin meydanda qurduğu çadırları dağıdırb. Müxalifətçilər isə etirazları davam etdirəcəklərini bildirirlər.

Qeyd edək ki, dekabrın 6-ı Ermənistanda Konstitutsiya İslahatları ilə bağlı referendum keçirilib. Rəsmi nəticilərə əsasən seçkilərdə seçicilərin 50,51%-i, yəni 1 milyon 296 min nəfər referendumda iştirak edib. Referendumda səs verənlərin 63,35 faizi konstitusiya islahatı layihəsinin lehinə səs verib.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti