Bakıda Qazaxıstanın müstəqillik günü - FOTOLAR

Bakıda Qazaxıstanın müstəqillik günü - FOTOLAR
  10 Dekabr 2015    Oxunub:2185
Ötən gün Bakı şəhərində Qazaxıstan Respublikasının Milli Müstəqillik Günü münasibətilə ziyafət məclisi təşkil olundu.
Ötən gün Qazaxıstan Respublikasının Milli Müstəqillik Günü münasibətilə ziyafət məclisi təşkil olunub. AzVision.az-ın məlumatına görə, tədbirə ölkəmizdə təmsil olunan xarici ölkə səfirlikləri , beynəlxalq və regional təşkilatların nümayəndələri qatılıblar.

Tədbiri Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Beybit İsabayev açıb: `Hörmətli qonaqlar! Biz bu gün Qazaxıstan Respublikasının 24-cü müstəqillik gününü qeyd edirik. Bu müddət ərzində bizim ölkəmiz böyük uğurlara, davamlı inkişaf və proqresə nail olub. Müstəqillik illərində Qazaxıstan rəhbərliyi cəmiyyətdə tolerantlıq və şəxsiyyətə hörməti qoruyub saxlayıb və möhkəmləndirib. Bu gün Qazaxıstan beynəlxalq birliyin hörmət edilən üzvlərindən biridir. Vurğulamaq istəyirəm ki, “G-Global” kommunikativ platforma, “Green Bridge” ekoloji proqramı, “АТОМ” anti-nüvə layihəsi kimi qlobal və regional təşəbbüsləri beynəlxalq birliyin dəstəyini qazanıb. Ötən gün BMT Baş Assambleyasında plenar iclasında Qazaxıstanın təşəbbüsü ilə hazırlanan nüvə silahından azad dünya quruluşu haqqında ümumi deklarasiya qəbul olunub. Müvafiq qətnamənin müəllifi müxtəlif kontinentləri və regional qrupları təmsil edən 35 dövlət olub`.

Səfirin sözlərinə görə, Qazaxıstan geridə qalan 24 ildə müdrikləşib, cəsur təşəbbüslər irəli sürüb, islahatlar keçirib, çətin yol qət olunub, lakin müasir dünyanın yeni reallıqları üçün olunması hələ çox şey var.

Səfir bildirib ki, Qazaxıstanın Azərbaycanla daha sıx siyasi, iqtisadi sahədə əməkdaşlıq edir: `Qazaxıstan Azərbaycanla bütün sahələrdə o cümlədən, iqtisadi, siyasi, mədəniyyət sahəsində əməkdaşlığı prioritet hesab edir. Hər iki respublikanın - Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının müstəqillik qazandıqdan sonra daha sıx siyasi və iqtisadi yöndə əlaqələr qurmuşdu. Hələ illər əvvəl Ümumimilli Lider Heydər Əliyevin və Nursultan Nazarbayevin siyasi və iqtisadi yöndə məqsədəuyğun və təqdirəlayiq sıx siyasi əməkdaşlığın təməlinin qurulması hamımıza məlumdur`.

`Müasir Azərbaycan respublikasının istər daxili, istərsə də xarici siyasətinin sürətlə inkişafının Qazaxıstan respublikası tərəfindən maraqla izlənir. Məhz buna görə də Azərbaycanın dünya siyasi arenasında yürütdüyü məqsədyönlü xarici siyasətini dəstəkləyir. Azərbaycan Respublikasının zəngin neft yataqları malik olması və dünya bazarında Azərbaycan neftinə tələbatın yüksək səviyyədə olmasını sevindirici haldır. Bu ilk növbədə enerji və mineral resurslarımızın Aktau-Bakı portundan tranziti ilə bağlıdır. Yaxın vaxtlarda Bakı – Tbilisi –Qars dəmir yolu açılacaq. Hansı ki, bu məhsulları Bakıdan Avropa bazarlarına çatdıracaq. Bizim ölkələrimiz həmişə qarşılıqlı olaraq xarici siyasi təşəbbüsləri həmişə dəstəkləyir. Bununla əlaqədar vurğulamaq istəyirəm ki, Azərbaycana “Astana Ekspo -2017” beynəlxalq ixtisaslaşdırılmış sərgisində iştirakını rəsmən təsdiqləyən ilk ölkələrdəndir. Ötən həftə Bakıda qardaş ölkənin sərgidə iştirak etməsinə dair müvafiq sənəd imzalandı. Azərbaycan, həmçinin lap əvvəldən Qazaxıstanın 2017-2018-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olması ilə bağlı müraciətini dəstəkləyib` - deyə səfir bildirib.

B.İsabayev vurğulayıb ki, son 10 ildə Azərbaycan milli iqtisadiyyatın inkişafına görə heyranedici nəticələr nail olub və dünya enerji siyasətində vacib regional iştirakçılardan birinə çevrilib: `Bu il ilk Avropa Oyunları, Üçüncü Mədəniyyətlərarası Dialoq, Şahmat üzrə Dünya Kuboku kimi Bakıda keçirilən genişmiqyaslı beynəlxalq mədəni – idman tədbirlərinin möhtəşəm təşkilatçılığını vurğulamaq istəyirəm. Şübhəsiz ki, belə tədbirlər ölkənin beynəlxalq birlik qarşısında müsbət imicini daha da möhkəmləndirdi. Əziz qonaqlar bizim qəbulda şəxsən iştirak etdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm və Yeni il ərəfəsində bu zalda iştirak edənləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm, sizə can sağlığı, uzun ömür və firavanlıq arzulayaram`.

Energetika nazirinin müavini Natiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.

Nazir müavini bildirib ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olub və bu əlaqələr müstəqillik bərpa olunandan sonra intensiv inkişaf etməyə başlayıb. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlər və imzalanmış çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin daha sürətlə inkişafına töhfəsini verib.

Nazir müavini Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbir ziyafətlə yekunlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti