Gəmidən 5 il əvvəl ölən işçilərin cəsədi tapılıb
Belə ki,3 il bundan əvvəl türk şirkəti tərəfindən satın alınan 30 min 85 qrostonluq "IDC Pearl" adlanan, 5 il boyunca ölkələrarası yük daşıyan gəmi Çinə texniki baxışdan keçirilmək üçün göndərilib. Baxış zamanı gəminin motor ambarından 4 çürümüş insan cəsədi aşkarlanıb.
Cəsədləri Çin höküməti qəbul etmədiyi üçün Cənubi Koreyadan dəmir yükləyən gəmi Türk hökumətinin tələbi ilə İsgəndərunda saxlanılaraq, araşdırmalara başlanılıb. Kimliyi məlum olmayan şəxslərin 5 il bundan qabaq öldüyü bildirilir.
AzVision.az