Azərbaycanlı milyarderin villası və lüks maşınları - FOTOLAR (VİDEO)

Azərbaycanlı milyarderin villası və lüks maşınları - FOTOLAR (VİDEO)
  10 Dekabr 2015    Oxunub:11688
Ötən ay Moskvanın Presnensk Rayon Məhkəməsi tərəfindən həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəsinə məxsus evdə axtarış aparılıb.
O, iki ay müddətinə həbs edilib. Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib.

Oliqarxın qardaşı Solomonun dəbdəbəli, üç mərtəbəli kotteci gözəlliyi ilə heyran edir. Axtarış zamanı Solomon Manaşirovun evinin antiq əşyalar və bahalı rəsm əsərləri ilə dolu olduğu bəlli olub.

Tapılan rəsm əsərləri arasında 1514-cü ildə çəkilmiş italiyalı rəssam Tisian Veçellionun da əsəri var. İndi bu əsərin mülkə necə düşdüyü, onun saxta olub-olmadığı yoxlanılacaq.

Yağı boya ilə çəkilən "Yer üzündə və göylərdə məhəbbət" adlı əsərin Romadakı Borqeza qaleriyasında saxlandığı deyilirdi. Əsər heç vaxt şəxsi kolleksiyada olmayıb.

Axtarış aparmaq üçün güc sturukturlarına əlavə kömək lazım olub. Çünki villa xüsusi mühafizə edilən ərazidə yerləşib. Dəbdəbəli üçmərtəbəli kottec mərmər, qızılı tonlarda bəzədilib.

Bundan başqa polislər onun anasının hüququşünaslarla danışığı da ələ keçib. Orada Raisa Manaşirova iddia edir ki, oğlu doğrudan da reketliklə məşğul olub. (Ans)

AzVision.az xəbər verir ki, Roman Manaşirovun ailəsinə məxsus kottecdə axtarış zamanı elit maşınların avtoparkı aşkar olunub. Avtomobillər bunlardır: İki “Rolls-Royce”, “Maybach”, “Bentley”, “İnfinti GX80”, 3 “Toyota Land Cruiser” və bir neçə “Mercedes-Benz”.

Avtomobillərin ümumi dəyərinin 100 milyon rubldan çox olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları Roman Manaşirovun mülkiyyətinin müsadirəsi məsələsini həll edirlər.

Axtarış zamanı bir neçə dəyərli rəsm əsəri də aşkarlanıb.

Qeyd edək ki, Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.

Qalereya




Teqlər:  





Xəbər lenti