Baş nazir istefa verəcəkmi?
N.Razak, həmçinin xatırladıb ki, Baş nazirin müavini Əhməd Zahid Hamidi parlamentdə bu böyük məbləğin qaynağı barədə izahat verib. Ə.Z.Hamidi əvvəllər bildirmişdi ki, bu vəsait “siyasi məqsədlər üçün verilmiş ianədir və antikorrupsiya idarəsi onun mənbəyini bilir”. Baş nazirin müavini əlavə edərək demişdi: “Müvafiq məlumat Malayziya Mərkəzi Bankına da verilib. İstənilən demokratik sistemlərdə siyasi qüvvələr, o cümlədən müxalifət ianə qəbul etmək hüququna malikdir. Bundan başqa, Malayziyada bu praktikanı qadağan edən qanun yoxdur”.
Nacib Razakın təcili istefası tələbi ilə əvvəlcə BMMT-nin sədr müavini Muhiddin Yasin çıxış etmişdi. M.Yasin bildirmişdi ki, “böyük məbləğdə möhtəkirlik, həmçinin hələ də cavabsız qalmış suallar bizim siyasi təşkilatımıza kölgə salır”. BMMT sədrinin müavini demişdi ki, Baş nazir öz səalihiyyətlərinin icrasından imtina etməli və istirahətə getməlidir. Belə olan halda davam edən istintaqın gedişinə heç kimin müdaxilə etməyəcəyi və onun azad aparılacağı daha aşkar şəkildə ortaya çıxardı. (Azərtac)
Teqlər: