Deputatlar xidməti maşınlarından imtina etdilər

Deputatlar xidməti maşınlarından imtina etdilər
  11 Dekabr 2015    Oxunub:7120
Qırğızıstanda deputatların bir sıra imtiyazları ləğv edilib.
Parlamentdəki koalisiya çoxluğunun lideri Çınıbay Tursunbekov bildirib ki, hökumətdə və dövlətin digər strukturlarında aparılan islahatların parlamentdə də həyata keçirilməsi vacibdir.

Sonra keçirilən səsvermə nəticəsində deputatlar xidməti avtomobillərdən istifadədən imtina ediblər. Xidməti avtomobillər üçün nəzərdə tutulan dövlət nömrə nişanları deputatların şəxsi avtomobillərinə vurulacaq.

İndiyədək hər deputatın bir köməkçisi və bir məsləhətçisi var idi. Lakin yeni qərarla 120 deputatın hər birinin köməkçi ştatı ləğv olunub.


Teqlər:  





Xəbər lenti