Vahid Ələkbərov Mənsimovun otelini aldı - FOTOLAR

Vahid Ələkbərov Mənsimovun otelini aldı - FOTOLAR
  11 Dekabr 2015    Oxunub:9839
Rusiyanın “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiya və Türkiyə arasında yaşanan gərginliyə baxmayaraq İstanbulda otel alıb.
Bu barədə AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir.

Nəşr Ələkbərovun prezident Putinin yaxın adamı olduğunu, lakin buna baxmayaraq Rusiyanın bu yaxınlarda Türkiyəyə qarşı sanksiyaları tanımadığını xüsusilə vurğulayır.

Qeyd edək ki, Ələkbərovun aldığı “Edition Hotel” İstanbulun prestijli rayonu hesab edilən Leventdə yerləşir və daha öncə `Palmali` şirkətlər qrupunun prezidenti, azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus olub. Ələkbərov və Mənsimov arasında əldə olunan razılaşmanın məbləği açıqlanmır.

Nəşr qeyd edir ki, “Lukoyl” prezidenti daha əvvəl Mənsimovun “Bodrum” da yerləşən “Palmarina Hotel”-də alıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti