İran ABŞ-la gizli danışıqlar aparıb – Nazir təsdiqlədi

İran ABŞ-la gizli danışıqlar aparıb – Nazir təsdiqlədi
  11 Dekabr 2015    Oxunub:2102
İranın Atom Energetika üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu ilin noyabr ayında Omanda ABŞ-ın Energetika naziri Ernest Mozislə gizli danışıqlar barədə yayılan məlumatların düzgün olduğunu təsdiqləyib.
Bu barədə AzVision.az “İran.ru”ya istinadən xəbər verir.

“Bəli, bu həqiqətdir. Omanda biz birgə kompleks planlarının həyata keçirilməsi üçün manelərinin aradan qaldırılması məsələlərini müzakirə etmişik”, - deyə Salehi ABŞ-ın energetika naziri ilə görüşmüsünüzmü sualını cavablandırarkən qeyd edib.

Bu arada Salehi “The Wall Street Journal”-nın nüvə xammalının Qazaxıstana ötürülməsi barədə məqaləsinə də münasibət bildirib. Onun sözlərinə görə, İran bu məsələ ilə bağlı bir sıra ölkələrlə danışıqlar aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti