Çavuşoğlu Rusiyanı təhdid etdi - `Səbrimiz tükənir...`

Çavuşoğlu Rusiyanı təhdid etdi - `Səbrimiz tükənir...`
  11 Dekabr 2015    Oxunub:3200
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalına müsahibəsində bəyan edib ki, Türkiyə Rusiyanı sakitliyə çağırır.
AzVision.az xəbər verir ki, müsahibəsində XİN rəhbəri Türkiyə tərəfinin səbrinin sonsuz olmadığını bildirib.

“Rusiya təyyarə ilə bağlı hadisədən sonra istənilən imkandan istifadə etməyə çalışır. Lakin bizim səbrimiz sonsuz deyil”, - deyə XİN rəhbəri qeyd edib.

Çavuşoğlu, həmçinin qeyd edib ki, onun ölkəsi üçün təhlükə riski yarandığından türk hərbçilər İraqa daxil olublar.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və türkiyə arasında münasibətlər kəskinləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti