Facebook internetsiz işləyəcək

Facebook internetsiz işləyəcək
  11 Dekabr 2015    Oxunub:1881
Facebook şirkəti bu həftə yeni funksiyanı işə salacaq. Bu funksiya sayəsində interneti zəif çalışan istifadəçilər offline halda “like”lar qoya biləcəklər.
Oxu.Az xəbər verir ki, internet-əlaqə bərpa edildikdə bütün edilən bəyənmələr avtomatik olaraq sosial şəbəkəyə yüklənəcək, Techcrunch məlumat yayıb.

Bundan başqa, internetə qoşulmanın sürəti xəbər xəttində paylaşımların alqoritmini nəzərə alacaq.

Əgər yenilənmələr qurğuya yüklənib, amma baxılmayıbsa, Facebook yazıları seçəcək və onları şəbəkəyə qoşulmadan oxumaq mümkün olacaq.

Yeni funksiya zəif internet şəbəkəyə qoşulmuş telefonlarla internetə girən ölkələrin istifadəçiləri üçün nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti