Keçmiş baş nazir həbs olundu

Keçmiş baş nazir həbs olundu
  12 Dekabr 2015    Oxunub:2470
Qazaxıstanın keçmiş baş naziri Serik Əhmədov korrupsiya ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.
Karaqanda vilayət məhkəməsi dekabrın 11-də onu israfçılıq və külli miqdarda mənimsəmədə təqsirli bilib. O ittihamları rədd edir.

O dekabrın 9-da məhkəmə prosesində ölkə prezidenti Nursultan Nazarbayevi onun səhlənkarlığa yol verməsini bağışlamağa çağırmışdı.

56 yaşlı Əhmədov əslən Karaqandadandır.

2012-ci ilin sentyabrından 2014-cü ilin aprelinədək baş nazir olub, ötən ilin aprelində müdafiə naziri vəzifəsinə təyin edilib, amma oktyabrda öz istəyi ilə istefaya gedib.


Teqlər:  





Xəbər lenti