Qəddafinin oğlu qaçırıldı

Qəddafinin oğlu qaçırıldı
  12 Dekabr 2015    Oxunub:2731
Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi Livanın Beyrut şəhərində qaçırılıb.
Bu barədə AzVision.az “BBC News”-a istinadən xəbər verir.

2012-ci ildən Omanda yaşayan Qəddafi öz həyat yoldaşına baş çəkmək üçün Livana gəlib.

`Sputnik` agentliyi xəbər verir ki, Qəddafinin oğlu Livanın `Amal` şiə hərəkatı tərəfindən qaçırılıb.

Səhər saatlarında isə `Al-Jadeed TV` telekanalı Qəddafinin görüntülərinin əks olunduğu video yayımlayıb. Görüntülərdə onun vəziyyətinin normal olduğu görünür. O, 1978-ci ildə onu müşahət edən iki şəxslə birgə yoxa çıxıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti