Heydər Əliyevin xatirəsi Parisdə də anılıb
Qeyd olunub ki, dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici siyasəti müəyyənləşdirilib, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə əlaqələr qurulub, iqtisadiyyatımız dirçəlib. Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünya dövlətləri arasında öz yerini və nüfuzunu möhkəmləndirib. Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı keçmiş səfiri Jan Perren səfir olduğu dövrdə Ulu Öndərlə görüşlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Qeyd edilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar edilib, “Əsrin müqaviləsi” imzalanıb, iqtisadi, sosial inkişaf təmin olunub.
AzVision.az
Teqlər: