`Suriyanı tərk etmək ağlıma belə gəlməyib` - Əsəd
`Xeyir. Mən heç vaxt Suriyanı tərk etmək barədə düşünməmişəm. Prinsipcə, belə bir fikir ağlıma belə gəlməyib, bu heç vaxt baş verməyəcək, - deyə Əsəd vurğulayıb.
Suriya prezidenti `Suriyanı tərk etmək və dost ölkələrdən birində yaşamağa hazırsınızmı?` sualını belə cavablandırıb: `Əgər Suriya vətəndaşlarının böyük əksəriyyəti tələb etsə, o, prezidentlik postunu tərk etməyə hazırdır. Digər tərəfdən əgər mənim suriyalılar və ya suriyalıların böyük əksəriyyəti ilə problemlərin olsaydı və Qərb ölkələri, ABŞ-ın mənə qarşı çıxdığı bir vaxtda hələ də prezident olaraq qala bilərdim? Bu məntiqli deyil. Mən beş il davam edən müharibəyə baxmayaraq hələ də vəzifəmdəyəm. Çünki suriyalıların böyük əksəriyyəti məni dəstəkləyir`.
Eldar Tanrıverdiyev
AzVision.az