Qarabağda erməni əsgər məhv edildi
Məlumata əsasən, atışma nəticəsində dekabrın 11-i Ermənistan ordusunda xidmət edən Karen Qriqoryan öldürülüb. Hazırda Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, həmin tarixdə Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində daha bir əsgərinin 1994-cü il təvəllüdlü Vardan Vardanyanın öldüyünü açıqlamışdı.
Eldar Tanrıverdiyev
AzVision.az