Hərbi hissəyə hücum: Ölənlər var

Hərbi hissəyə hücum: Ölənlər var
  12 Dekabr 2015    Oxunub:4096
Brundinin paytaxtı Bujumburidə ötən gecə hərbi bazaya təşkil olunan hücum nəticəsində ən azı 21 nəfər ölüb.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Daha əvvəl müxalifət tərəfdarlarının paytaxtda üç hərbi bazaya hücum etməsinə dair məlumat yayılıb. Ordu rəsmisinin sözlərinə görə, hücumlar zamanı 12 yaraqlı məhv edilib, 20 üsyançı həbs olunub.

Ölkə prezidentinin köməkçisi Villi Niyamitve bildirib ki, müxalifətçilər hərbçilərin diqqətini yayındırmaq və məhbusları azad etmək üçün hücumu təşkil ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti