`İŞİD-i məhv edəcəyəm` – Klinton söz verdi

`İŞİD-i məhv edəcəyəm` – Klinton söz verdi
  12 Dekabr 2015    Oxunub:2899
Demokratik partiyadan ABŞ prezidentliyinə namizədliyini irəli sürən Hillari Klinton bəyan edib ki, İraq və Şam İslam Dövləti (İŞİD) terrorçuları ilə mübarizə üzrə işə yarayacaq plana yalnız o sahibdir.

AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, Klinton bu barədə Oklaxomada keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.

“Mən Ağ evin idarəçiliyində olmuşam və nə etmək lazım olduğunu bilirəm. Mən Amerikanı təhlükəsiz edə bilərəm”, - sabiq dövlət katibi vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti