`Neftin qiyməti 30 dollardan aşağı olacaq` - Rusiyalı nazir

`Neftin qiyməti 30 dollardan aşağı olacaq` - Rusiyalı nazir
  12 Dekabr 2015    Oxunub:4153
2016-cı ildə neft qiyməti müvəqqəti olaraq bir barel üçün 30 dollar səviyyəsinə enəcək.
AzVision.az `TASS`-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

“Ola bilsin ki, müəyyən dövrlərdə bu olacaq, ola bilsin neft qiymətləri 30 dollardan da aşağı olacaq. Biz bilmirik”, - deyə Silunov vurğulayıb.

Nazir əlavə edib ki, makroiqtisadi vəziyyət dəyişib: “Biz büdcədə neftin qiymətini 50 dollardan götürmüşük, indi isə qiymət 36-37 dollar arasında dəyişir. Bundan sonra olacaqlar qeyri-müəyyəndir”.

Siluanov, həmçinin çətin dövrlərə hazır olmağa da çağırıb: “Bir il əvvəl, əgər bizə desəydilər ki, neft 40 dollardan aşağı olacaq, yəqin ki, hamı sadəcə gülərdi”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti