Rusiyada azərbaycanlı avtoritet öldürüldü

Rusiyada azərbaycanlı avtoritet öldürüldü
  12 Dekabr 2015    Oxunub:6225
Rusiyanın Voronej şəhərində 37 yaşlı azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “RİA Voronej” öz mənbələrinə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları qatilinin axtarışlarını aparır, və hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat vermir.

Rusiya İstintaq Komitəsinin Voronej üzrə İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Nəşrin məlumatına əsasən, kriminal avtoritetin və onun həmyerliləri arasında münaqişə baş verib. Onlar “Lesnaya skazka” adlı kafedə mübahisəli suallara aydınlıq gətirmək üçün görüşüblər. Kafenin ehtiyat çıxışından çıxan zaman ona atəş açılıb. Sonra isə onun sifəti və başı tanınmaz hala salınıb. Qatillər hadisə yerindən öz avtomobilləri ilə uzaqlaşıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti