Rusiyada faciə: 21 nəfər yanaraq öldü

Rusiyada faciə: 21 nəfər yanaraq öldü
  13 Dekabr 2015    Oxunub:3141
Rusiyanın Voronej vilayəti yaxınlığındakı psixonevroloji internatda güclü yanğın baş verib.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata görə, yanğın nəticəsində 21 nəfər həlak olub, 22 nəfər xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların bir çoxu ağır vəziyyətdədir. Daha iki nəfərin axtarışı isə davam etdirilir.

Hadisə baş verərkən binada 74 nəfər, o cümlədən 4 tibb işçisi olub. Yanğının söndürülməsi üç saata yaxın çəkib. İnternatın korpusu tamamilə yanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti