İlin ən uğurlu biznesmenləri - SİYAHI

İlin ən uğurlu biznesmenləri - SİYAHI
  13 Dekabr 2015    Oxunub:3313
“Amazon”un baş direktoru Cef Bezos 2015-ci ildə hamıdan çox – 29,5 milyard dollar qazanaraq ən uğurlu bznesmen adını qazanıb.
Bu reytinqi “Forbes” nəşri hazırlayıb. Cef Bezos 58,4 milyardlıq sərvəti ilə dünyanın ən varlı adamları siyahısında dördüncü olub.

Bu ilin mart ayında o, planetin ən varlı adamları arasında yalnız 15-ci yerdə idi.

İlin ən uğurlu biznesmenləri sıyahısında ikinci yeri “Facebook”un yaradıcısı Mark Tsukerberq tutub. Onun varidatı 11 milyard dollar artıb.

Üçüncü mövqedə “Alphadet”in rəhbəri Larri Peydjdir. O, bu il 9,2 milyard dollar qazanmaqla var-dövlətinin həcmini 54,6 milyard dollara çatdırıb.

Dördüncü sırada “Alphadet”in prezidenti Sergey Brindir. Bu il 8,9 milyard dollar gəlir əldə edib. Onun hazırda 37,6 milyard dolları var.

“Bloomberg LP”nin yaradıcısı və rəhbərii Maykl Blumberq 2015-ci ildə 5,5 milyard dollar qazanmaqla varidatının miqdarını 40,5 milyarda çatdırıb. Blumberq reytinqdə 5-cidir.

“Forbes”in versiyasına görə, ilin ən böyük bəxti gətirməyəni meksikalı biznesmen Karlos Slim olub. O 2015-ci ilin mart ayında ən varlı adamlar arasında ikinci sıradaydı, dekabrın 8-də isə 15,9 milyard dollar itirib, bu da onun varidatının 22 faizi deməkdir. İndi onun pulun miqdarı 55,2 milyard dollardır. (modern.az)


Teqlər:





Xəbər lenti