Ölü sayı 23-ə çatdı - Rusiyada dəhşətli yanğın

Ölü sayı 23-ə çatdı - Rusiyada dəhşətli yanğın
  13 Dekabr 2015    Oxunub:2001
Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə baş vermiş yanğında ölənlərin sayı 23 nəfərə çatıb.
Hazırda 20 yaralı xəstəxanada müalicə olunur, onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, Voronej vilayətinin Novoxoperskaya rayonunun Alfyorovka kəndində yerləşən psixonevroloji dispanserdə yanğın dekabrın 12-də axşam saat 23:00 radələrində başlayıb. Təxminən gecə saat 3-də 600 kvadratmetr sahəni əhatə edən yanğın söndürülüb.

Ehtimal edilir ki, yanğına səbəb odla ehtiyatsız davranma olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti