Rusiya və Türkiyə rəsmiləri arasında sürpriz görüş

Rusiya və Türkiyə rəsmiləri arasında sürpriz görüş
  13 Dekabr 2015    Oxunub:2583
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanda görüşüb.
Paytaxt Aşqabadda beynəlxalq konfrans zamanı keçirilən görüş Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Matviyenko jurnalistlərə açıqlamasında bildirib ki, bu, Çavuşoğlu ilə ilk görüş deyil. Rusiya rəsmisi görüşün detalları barədə ətraflı məlumat verməyib:

"Çox gərgin iş qrafikimiz var. Heç bir rəsmi görüş planlaşdırılmamışdı. ".

Valentina Matviyenko onu da vurğulayıb ki,Türkiyə iki ölkə arasında güvən hissini yenidən qurmaq üçün Rusiyadan üzr istəməlidir:

"Rusiya və Türkiyə arasında belə problemin yaranmasından dolayı biz günahkar deyilik. Türkiyə Rusiyaya qarşı aqressiv münasibət sərgilədir, bu, cinayətdir. Rusiya Türkiyədən yaşananlarla bağlı düzgün cavab gözləyir. Xarici İşlər Nazirliyi və digər kanallarla təmaslar yaradılır. Nə Rusiya, nə dər Türkiyə Rus-Türk münasibətlərinin pisləşməsini istəmir. Kim hücum etdisə, bunun məsuliyyətini daşımalıdır. Ümid edirəm ki, Türkiyə baş verənlərə görə üzr istəyəcək", - deyə Matviyenko bildirib.

Matviyenko onu da qeyd edib ki, Türkiyə baş verənlərə düzgün reaksiya verməzsə, Rusiya bunu bağışlamayacaq.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qvvələrinin qırıcısı Rusiya ordusuna məxsus Su-24 bombardmançı təyyarəsini vurub. Bundan sonra iki ölkə arasında münasibətlər pisləşib və pik həddə asılıb. Rusiya Türkiyənin üzr istəməsini tələb edir, Türkiyə isə qarşı tərəfin qırıcısının sərhədi pozduğunu və pilota dəfələrlə xəbərdarlıq edildiyini bildirir. (Ans)


Teqlər:





Xəbər lenti