Pakistanda terror: 15 ölü, 50 yaralı

Pakistanda terror: 15 ölü, 50 yaralı
  13 Dekabr 2015    Oxunub:1406
Pakistan mətbuatının yaydığı məlumata görə dekabrın 13-də Paraçinar şəhərində baş vermiş partlayış nəticəsində 15 adam həlak olub.
Son məlumata görə təxminən 50 nəfər yaralanıb, onlardan da 15-nin vəziyyəti ağır qiymətləndirilir. Məlumatda deyilir ki, partlayış şəhərinin girəcəyindəki qış paltarları satılan bazarda baş verib.

Polisin verdiyi məlumatda isə qeyd olunur ki, bazarda baş vermiş partlayış terrorçuluq aktıdır və artıq cinayətkarların ikisi tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib.


Teqlər:





Xəbər lenti