Bu ölkədə ilk dəfə qadın müşavir seçilib
O, 7 kişi və 2 qadına qarşı mübarizə aparıb.
Onun seçilməsi Səudiyyə Ərəbistanında qadınların seçkilərdə iştirakına qoyulan qadağanın götürülməsindən sonra mümkün olub.
Bununla yanaşı, krallıqda hələ də qadınların avtomobil sürmək kimi bir sıra hüquqlarına qadağa var.
Seçkilərdə 978 qadın namizədliyini verib, namizəd kişilərin sayı isə 6 minə yaxın olub.
Rəsmilər deyir ki, səsvermədə 1.35 milyon kişi ilə yanaşı 130 min qadın iştirak edib.