`Ət yeməsək, yaşaya bilmərik...` - Prezident

`Ət yeməsək, yaşaya bilmərik...` - Prezident
  14 Dekabr 2015    Oxunub:4738
Qazaxıstan prezidenti Nursultan Nazarbayev heç bir pəhrizə əməl etmədiyini deyib.
AzVision.az Qazax KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident jurnalistlərin bədən formanızı necə saxlayırsınız sualını cavablandırarkən bildirib.

“Kimdən soruşursan, hamı arıqlamaq istədiyini deyir. Arıq insanlarda arıqlamaq istəyir. Şəxsi pəhrizlər, ət, yağ yemək ziyandır”, - deyə Nazarbayev vurğulayıb.

“Biz qazaxıq, ətsiz necə yaşaya bilərik”, - deyə zarafatla prezident soruşub.

O, öz prinsipini də açıqlayıb: “İnsan orqanizminin tələb etdiyini yeməlidir. Həmişə təkrarlayıram: İdmanla məşğul olmaq lazımdır. İnsan özünə baxmalıdır. Biz sağlam xalq olmalıyıq. Mən bilirəm ki, bizim gəncliyimiz buna can atır. Mən heç bir xüsusi pəhriz saxlamıram”.

Nazarbayevin 75 yaşı var. O, 1990-ci ildən bəri Qazaxıstanın dəyişməz prezidentidir. Onun həyat yoldaşı, üç qızı, 8 nəvəsi və dörd nəticəsi var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti