Merkeldən miqrantlara qarşı sərt addım
Kanslerin sözlərinə görə, hakim Xristian Demokratik Birliyi (XDB) ölkədə sığınacaq almaq istəyən şəxslərin əhəmiyyətli dərəcədə azaldılmasının tərəfdarıdır.
“Təbii ki, biz vətəndaşlarımızın narahatlıqlarını nəzərə almalıyıq. Məhz buna görə, biz ölkəmizə gələn miqrantların sayını azaldırıq”, - deyə Merkel qeyd edib.
Eyni zamanda hökumət başçısı bu sahədə hər hansı bir məhdudiyyət tətbiq etməyə hazırlaşmadıqlarını bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az