İŞİD-dən növbəti vəhşilik - 38 uşaq edam edilib

İŞİD-dən növbəti vəhşilik - 38 uşaq edam edilib
  14 Dekabr 2015    Oxunub:3394
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Daun sindromu və digər genetik xəstəliklərdən əziyyət çəkən 38 uşağı edam edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər görə, terrorçular səudiyyə əsilli din xadiminin müvafiq fətvasından sonra bu qərarı qəbul edib.

Bu barədə “Facebook” sosial şəbəkəsində “Mosulun gözü” bloqu xəbər yayıb. Yayılan məlumatda qeyd edilib ki, edam olunan uşaqlarının böyük əksəriyyəti İŞİD-in tərkibində vuruşan xarici yaraqlıların və yerli sakinlərin övladlarıdır.

Öldürülən uşaqlardan böyüyü üç aylıq, kiçiyi isə bir həftəlik olub. Onların hamısı zəhərli iynə vurulma və ya boğulma nəticəsində öldürülüblər. Edamlar Suriya və İraqın Mosul şəhərində baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti