Ermənistan parlamentində qalmaqal: `Bura uşaq bağçasıdır?`

Ermənistan parlamentində qalmaqal: `Bura uşaq bağçasıdır?`
  14 Dekabr 2015    Oxunub:3092
Ermənistanın “İRS” partiyasının deputatı Zauri Postandcyan parlamentində qalmaqala səbəb olub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, müxalifətdən olan deputat spikerin iradı və mikrofonunun söndürülməsinə baxmayaraq, tribunadan etiraz çıxışını dayandırmayıb.

“Siz öz evinizdə istədiyinizi danışa bilərsiniz. Bura uşaq bağçası deyil. Bunu anlayın. Burada qaldırılan məsələ ilə bağlı danışmaq və digər deputatların hüquqlarına hörmət etmək lazımdır. Əgər sizin çıxışınız başa çatıbsa, parlamentin işini pozmayın və həmkarlarınıza çıxış etməyə imkan verin. Bu sadəcə hoqqabazlıqdır”, - deyə Şarmazanov Zauri Postandcyana irad bildirib.

Postandcyan isə spikeri saymayaraq, etiraz dolu çıxışını davam etdiririb. O, hakimiyyət əleyhinə kəskin fikirlər səsləndirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti