İstanbulda Heydər Əliyev anılıb

İstanbulda Heydər Əliyev anılıb
  14 Dekabr 2015    Oxunub:2796
İstanbulda yerləşən Bahçeşəhər Universitetində Türkiyə-Azərbaycan Gənclər Platformunun təşkilatçılığı və Global Kariyera İnstitunun dəstəyi ilə “Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyev” adlı konfrans baş tutub.

Konfransı Türkiyə-Azərbaycan Kardeşlik Platformunun sədri Elvin Əjdərli polis general-mayoru Həsən Şirinovunun ulu öndərə həsr etdiyi şeiri səsləndirərək salamlayıb. O öz nitqində ulu öndərin keçdiyi həyat yolundan bəhs edərək onu Azərbaycanın Xızırı adlandırıb.

Daha sonra Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri və Global Karyera İnstitunun direktoru Orxan Həsənoğlu çıxış edərək Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyevin xidmətindən, onun iki ölkədə necə sevildiyi və anıldığından bəhs edib.

Millət vəkili, professor Musa Qasımlı çıxış edərək Azərbaycan və Türkiyə tarixində Heydər Əliyevin rolundan geniş nitq söyləyib. O vurğulayıb ki, üç müxtəlif dövrdə dövlət başçısı olmuş ulu öndər daim Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında müstəsna xidmətlər göstərib. Natiq həmçinin günümüzdə Azərbaycan-Türkiyə əlaqələri barədə məlumat verib.



Çıxış edənlərdən Türkiyə Millət Məclisinin AKP-dən olan millət vəkili Nurəttin Aras iki qardaş ölkənin əlaqələrinin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıraraq bu əlaqələrin önəmli inkişafından danışıb.

Daha sonra AKP sabiq millət vəkili Cuma İçtən öz çıxışında iqtisadi münasibətlərin bu gün gəldiyi nöqtə və keçmiş olduğumuz çətin iqtisadi böhranlarda Heydər Əliyevin xalqımızı bu çətinliklərdən çıxardığı günlərə diqqət çəkib.

Çoxlu sayda iştirakçının qatıldığı konfransı Türkiyə-Azərbaycan Gənclər Platformunun sədri və konfransın baş koordinatoru Məhəmməd Şirinov Heydər Əliyevin Azərbaycan tarixində silinməyən bir iz qoyduğunu və ondan sonrada bu izi davam etdirən onun siyasi davamçısı Prezident İlham Əliyev olduğunu vurğulayaraq qonaqlara tədbirə qatıldıqları üçün Azərbaycanlı gənclər adından təşəkkürlərini bildirib.


Teqlər:





Xəbər lenti