Davudoğlu son sözünü dedi: `İraqdan çıxmayacağıq`

Davudoğlu son sözünü dedi: `İraqdan çıxmayacağıq`
  14 Dekabr 2015    Oxunub:2812
Türkiyə İraqda hərbi mövcudluğunu saxlayacaq.
AzVision.az xəbər verir ki, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu “A Haber”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə hərbçiləri İraqa yerli qüvvələrə təlim keçmək məqsədilə göndərilib:

“Türk hərbçiləri Başika düşərgəsində qalacaqlar. Hərbçilərimizin orada mövcudluğunun qanuni olub-olmaması isə müzakirə olunmur”.

İraq hökuməti Türkiyə hərbçilərinin ölkə ərazisindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etsə də rəsmi Ankara İraqın müraciətinə isti baxmayıb.

Davudoğlunun son çıxışı isə təsdiq edir ki, türk ordusu hələ İraqda çox qalacaq.


Teqlər:  





Xəbər lenti